7 May 2014 14:11
649

“Yeni Müsavat”ın foto reportyoru Fərahim İlqaroğlunu döyən şəxsin tapıldığı deyilir.

Musavat.com-un verdiyi məlumata görə, artıq foto-reportyorun döyülməsinə iştirak edən Orxan adlı ikinci şəxs də saxlanılıb. Saxlanılanlar Fərahim İlqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən aldıqlarını deyiblər. Yazılanlara inansaq, sözügedən şəxs guya K-1 döyüş növü üzrə tanınmış idmançı Tural Bayramovdur. Məsələ ilə bağlı Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovun münasibətini öyrəndik.

Güloğlan Cabbarov Teleqraf.com-a açıqlamasında Tural Bayramovun 2 ildir ki federasiyadan ayrıldığını söylədi:

“Tural Bayramov artıq 2 ildir federasiyamızdan uzaqlaşıb. İki qardaş - Ziya və Tural Bayramovlar artıq ayrı şəkildə fəaliyyət göstərirlər. Onların hazırda bizim federasiya ilə bağlılığı yoxdur”.

Aygün İlqarqızı


Müəllif:
Загрузка...