6 Aprel 2022 10:32
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keşlə” futbol klubu ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və Peşəkar Futbol Liqasına (PFL) müvafiq qaydada rəsmi müraciət edib.

Teleqraf.com PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL “Şamaxı” futbol klubunu “Keşlə”nin tamhüquqlu xələfi olaraq qəbul edib.

Qeyd edək ki, “Şamaxı” futbol klubu ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.

Artıq futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli məlum olub.

Tura aprelin 9-da "Şamaxı"-"Neftçi" matçı ilə start veriləcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.


Müəllif: Teleqraf.com