26 Noyabr 2014 02:36
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Real" 106 illik loqosunu dəyişmək məcburiyyətində qalıb.

Teleqraf.com-un məlumatına görə, ərəblərlə müqavilə bağlayan İspaniya klubu 1908-ci ildən istifadə olunan loqosundakı xaç şəkilini çıxarıb.

"Real"la Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Bankı arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən bank "Real"ın ərəb azarkeşləri üçün üzərində klubun emblemi olan kredit kartları hazırlayıb. Lakin bank rəhbərliyi loqonun üzərindəki xaç şəklinin müsəlmanlar tərəfindən zoş qarşılanmayacağını bildirib.

Ərəblərin etirazından sonra "Real"ın prezidenti Florentino Peres belə bir sərfəli müqaviləni pozmamaq üçün BƏƏ-də istidə olunacaq kredit kartlarının üzərinə vurulacaq loqodan xaç şəklinin loqodan çıxarılmasına razı olub.

Bu qərar "Real" azarkeşləri tərəfindən etirazla qarşılanıb. Fanatlar loqonun klubun tarixi və şərəfi olduğunu bildirərək, bunun pula satılmasına qarşı çıxıb.


Müəllif:

Oxşar xəbərlər