27 Noyabr 2014 04:08
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin ingilisdilli “Arab News” qəzetində gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında məqalə dərc edilib.

Teleqraf.com xəbər verir ki, məqalədə müəllif Abdul Hannan Taqo səfir Rasim Rzayevə istinadən birinci Avropa Oyunlarının bütün qitə üçün multi-idman tədbiri olduğunu qeyd edir. Diqqətə çatdırılır ki, Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək.

Bunlardan 16-sı Olimpiya və 4-ü qeyri-Olimpiya oyunudur. 17 gün davam edəcək yarışlara bütövlükdə Avropadan 6000-dən çox idmançı qatılacaq.Məqalədə, həmçinin səfirə istinadən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti, enerji resursları, xalqımızın adət-ənənələri haqqında ətraflı məlumat verilir.


Müəllif:

Oxşar xəbərlər