6 May 2022 00:53
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasında finalçılar bəlli olub.

Teleqraf.com xəbər verir ki, Almaniyanın "Leyptsiq" klubu Şotlandiyada "Reyncers" klubu ilə qarşılaşıb.

Qlazqodakı "Aybroks" stadionunda oynanılan matç ev sahibinin 3 :1 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə hesab 3 :2 "Reyncers"in xeyrinə olub.

Günün digər matçında İngiltərə "Vest Hem"i Almaniyada "Ayntraxt"la münasibətlərinə aydınlıq gətirib.

Oyun 1 :0 hesabı ilə Almaniya təmsilçisinin xeyrinə bitib.

Londondakı ilk görüşdə Frankfurt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

Beləliklə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq final qarşılaşmasında "Reyncers" - "Ayntraxt" klubları üz-üzə gələcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər