8 May 18:27
206
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda daha 3 oyun keçirilib.

Teleqraf.com xəbər verir ki, günün ilk matçında "Füzuli" və "Cəbrayıl" komandaları üz-üzə gəliblər. A qrupundakı qarşılaşma "Cəbrayıl"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

B qrupunda "Suqovuşan" "Şuşa" komandasını sınağa çəkib və rəqibini 9:1 hesabı ilə darmadağın edib.

C qrupunda isə "Kəlbəcər" "Laçın"ı 2 cavabsız qolla məğlub edib.

Zəfər Kuboku

8 may

A qrupu, I tur

"Füzuli" - "Cəbrayıl" - 2:4

Qollar: Murad Əliyev (2) - Əli Raufoğlu (3), Ruslan Mikayıllı

B qrupu, II tur

"Suqovuşan" - "Şuşa" - 9:1

Qollar: Nurşən Quliyev (6), Xalid Ağəliyev, İlkin Əhmədov, Vüsal Hacı - Nicat Abbasov

C qrupu

"Kəlbəcər" - "Laçın" - 2:0

Qollar: Asif Nərimanoğlu, Ceyhun Rəhimov

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.


Müəllif: Teleqraf.com