Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.
Teleqraf.com-un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Fransanın “Sent-Etyen” klubunun qonağı olub. Matçda hesabı ilk olaraq 15-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Vüqar Nadirov açıb, lakin 6 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyə müvəffəq olublar. Görüş heç-heçə (1:1) yekunlaşıb.
"Qarabağ"ın yer aldığı F qrupunun digər qarşılaşmasında İtaliyanın "İnter" klubu Ukrayna "Dnepr"inə 2:1 hesabı ilə qalib gəlib.
Avropa Liqası
F qrupu
Sent-Etyen - Qarabağ 1:1 (1:1)
Qollar: V.Nadirov, 15 (0:1). V.Volfsvinkel, 21 (1:1).