Gürcüstanda atçılığın konkur növü üzrə beynəlxalq turnirə yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən "Murad" klubun idmancısı Kenan Novruzov birinci yerə layiq görülüb.
Klubdan Teleqraf.com-a bildirilib ki, o, "Kilima" ləqəbli atı ilə rəqiblərini geridə qoyub. İdmançımıza Azərbaycan himninin sədaları altında "Qafqaz" kuboku təqdim edilib.