İtaliya çempionatının 38-ci turunda "Sassuolo" futbol klubunu 3:0 hesabı ilə məğlub edən "Milan" komandası A Seriyasının qalibi olub.
Teleqraf.com xəbər verir ki, qolları Olivye Jiru (17, 32-ci dəqiqə) və Frank Kesye (36) vurublar.
“Milan” 86 xal toplayıb və son tura qədər çempionluğa iddialı olan “İnter”i iki xal qabaqlayıb.
Beləliklə, "Milan" 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb.