23 May 2022 14:58
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəllər insanlar futbolu daha çox sevir, daha çox sevdirirdilər. O vaxt oyunlar indiki qədər canlı yayımlar, oyunlar yox idi. İnsanlar futbola baxmaq üçün fürsət, imkan axtarırdılar.

Teleqraf.com xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov idman ictimaiyyəti ilə görüşündə deyib.

Onun sözlərinə görə, futbolu gənclərə sevdirə bilmiriksə, yaxşı idmançı yetişə bilməz: "Gənclərə idmanı sevdirmək üçün daima görüşlər, çempionatlar keçirilməlidir".

"Yaxşı futbolçu olmaq üçün nə lazımdır" sualına cavabda əməkdar məşqçi qardaşını nümunə çəkib: "Yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşın olmalıdır. Amma hər şeydən əvvəl futbolçunun potensialı olmalıdır. Bundan başqa, futbolçunun istəyi, xarakteri olmalıdır. Biz məşq etməkdən qorxmamalıyıq. Əgər idmançı məşq etməkdən qorxursa, o potensialına malik ola bilməz. Mən məşqdən ən güclü çıxan olurdum. Bu, futbola sevgim idi.

Eyni zamanda, peşəni sevdirən şəxsiyyət olmalıdır. Bu, ən həssas məqamdır. Dünya tərcübəsində görmüşük ki, çox güclü idmançılar karyeralarını yekunlaşdırıblar. Düşünürəm ki, onları yanında saxlayacaq şəxsiyyət olmayıb. Bunlar məndə olub və bacardığımdan daha çox uğurlar əldə etmişəm".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər