Xəstəxanaya yerləşdirilən futbol əfsanəsi Pele özünü yaxşı hiss etdiyini deyib.
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, intensiv terapiya palatasına keçirildiyi barədə məlumatları təkzib edən Pele onun səhhəti ilə maraqlanan bütün pərəstişkarlarına minnətdarlığını bildirib və müalicəsini davam etdirmək üçün sakitliyə ehtiyacı olduğunu söyləyib.
Üçqat dünya çempionu özünün Twitter səhifəsində xarici səfərlər planlaşdırdığını və qarşıdakı bayram günlərini ailəsi ilə birgə keçirəcəyini yazıb.
Qeyd edək ki, 74 yaşlı futbolçu xəstəxanaya sidik yollarının infeksiyası diaqnozu ilə yerləşdirilib.