PSJ-nin hücumçusu Zlatan İbrahimoviç İsveçin kralı və kraliçası ilə nahar yeməkdən imtina etməli olub.
Publika.az-ın məlumatına görə, futbolçu dekabrın 2-də Fransada səfərdə olacaq İsveç kral ailəsi ilə nahara dəvət olunub.
İbrahimoviçi Fransa prezidenti Fransua Olland nahara dəvət edib. Lakin futbolçu bir gün sonra komandasının Fransa 1-ci Liaqsının XVI turu çərçivəsində səfərdə "Lill” ilə görüşü səbəbindən bu dəvəti rədd etməli olub.