19 İyun 2022 18:56
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyası (FİFA) qadın futbolunun müasirləşdirilməsi layihəsini hazırlayıb. Bu layihənin məqsədi transların yarışlarda iştirakını asanlaşdırmaqdır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb .

Mənbənin sözlərinə görə, FİFA trans insanlar üçün testosteron həddini aradan qaldırmağı və onlara yarışlarda iştirak etməyə icazə verməyi planlaşdırır. Amma rəqabət üstünlüyü olan trans idmançılar yarışa buraxılmayacaqlar.

Bundan əvvəl FİFA prezidenti Canni İnfantino futbolda təmiz vaxtın tətbiqindən danışıb .

Həmçinin bir gün əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun zamanı beş əvəzetmənin təsdiqlənməsi barədə qərar qəbul edib .


Müəllif: Teleqraf.com