20 İyun 2022 18:45
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada "Lex" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Xose Luis Munueraya yan xətt hakimləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 5-də "Poznan stadionunda keçiriləcək "Lex" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda baş tutacaq.


Müəllif: Teleqraf.com