21 İyun 20:51
295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan "İddiaçılar Turniri"ndə növbəti görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, 35 yaşlı şahmatçı IV turda qara fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. Oyun 41-ci gedişdə heç-heçə ilə başa çatıb.

Teymur Rəcəbov I və III turda Fransa təmsilçisi Alireza Firuzca və FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə sülhə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub.

Təmsilçimiz hazırda 1,5 xalla Firuzca ilə 6 - 7-ci yerləri bölüşdürür.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.


Müəllif: Teleqraf.com