27 İyun 2022 13:15
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 25-26-da Macarıstanın Budapeşt şəhərində kişi idman gimnastikası üzrə gənclər arasında 7-ci Beynəlxalq Budapeşt Kuboku keçirilib.

Teleqraf.com Azərbaycan Gimnastika Federasiyasına istinadən bildirir ki, yarışda ölkəmizi yığma komandamızın üzvləri Aydın Əlizadə, Rəsul Əhmədzadə, Anar Həsənov təmsil edib.

Aydın Əlizadə sərbəst hərəkətlər və dayaqlı tullanmada gümüş, halqalar ilə hərəkətlərin icrasında isə bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com