8 May 2014 09:46
2 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada keçiriləcək dünya çempionatı yaxınlaşır. Artıq planetin futbol azarkeşləri mundial həyəcanı ilə yaşayırlar. Milli çempionatlarda mübarizə sona yaxınlaşdıqca dünya çempionatı ilə bağlı xəbərlər gündəmi zəbt edir. Elə mətbuat da yavaş-yavaş mundialla bağlı məlumata daha çox yer ayırır.

Dünya çempionatı bir ölkədə keçirilən bir aylıq futbol yarışması deyil. Mundial bütün dünyada yaşından, peşəsindən asılı olmayaraq hər kəsi ağuşuna alan bir bayramdı.

Hər dəfə dünya çempionatları ərəfəsində mundialların tarixi bir daha vərəqlənir. 1930-cu ildən start götürən dünya çempionatları ilə bağlı mühüm məqamlar xatırlanır. “Gündəlik Teleqraf” qəzeti də oxucuların marağını nəzərə alaraq, dünya çempionatları ilə bağlı maraqlı məqamları təqdim etməyi planlaşdırır.

Bu yazıda oxuculara 1982-ci ildə İspaniyada keçirilmiş 12-ci dünya çempionatı ilə bağlı məlumat verəcəyik.

12-ci mundialda 24 oldular

FİFA 1978-ci ildə Buenos-Ayresdə keçirilən Konqresində növbəti mundialın ev sahibliyinin İspaniyaya verilməsi, həmçinin finalçıların sayının 24-ə çatdırılması barədə qərar qəbul etdi.

Prezident Joao Avelanj fikrini belə izah etmişdi: “Bu gündən etibarən planetin bütün regionlarının komandalarının yüksək səviyyəli mübarizə şəraitində özünü sınamaq imkanı olacaq”.

Hadisələri qabaqlayaraq qeyd edək ki, mundiallar tarixində ilk dəfə çempion turnir ərzində kəskin tənqid olundu, aşağılandı... Heyrət və rəğbətə doğru yol qət etdi. Və bəlkə də, ilk və son dəfə ən yaxşı məşqçi və ən balanslı heyəti olan favorit komanda medalsız qaldı.

Buna baxmayaraq, həmin komanda azarkeşlərinin qəlbində özünə taxt qura bildi. “Qlobo” qəzeti yazırdı: “Cəmi 11 ay əvvəl Tele Santana komandanı Kutinyodan təhvil aldı və ona ənənəvi - fərdi ustalığın ağılla idarə edildiyi, qərarların orijinallığı ilə futbolçunun meydandakı azadlığına söykənən tərzini qaytara bildi. Möhtəşəm orta xətt - Ziko, Sokrates, Falkao və Toninyo Serezo, yüksək sürətlər, yaradıcılıq, istiqamətləri dayanmadan dəyişən partlayıcı hücumlar - bütün bunlar heyrət doğurmaya bilmirdi.

20 oyundu uduzmayan braziliyalılar startda SSRİ ilə qarşılaşmada az qala seriyalarına son qoyacaqdılar. Oyundan sonra mətbuat yazırdı ki, qələbə Şengeliyanın təmiz qolunu ofsayd kimi qeydə alan və Peresin qapısına haqlı iki penaltini təyin etməyən hakimin köməyi ilə qazanılıb.

Hətta patriotluğu ilə tanınan “Jornal du Brazil” də etiraf etmişdi: “Bu gecə Allah bizim tərəfimizdə idi. Hakim də həmçinin”.

Ancaq italyanlarla matçda Santananın yetirmələrini nə Allah, nə də hakim xilas edə bildi. Bu qarşılaşmanı turnirin “ayırıcı xətti” sayanlar da oldu. Braziliyalılar evə, ancaq başları dik qayıtdılar. Favorit adını isə çiyinlərinə “Skuadra Adzurra” aldı.

Müştüyünü əldən yerə qoymayan Enzo Bearzot

DÇ-dən təxminən iki il əvvəl İtaliyada bir sıra klubların və onlarla futbolçunun A seriyasında danışılmış oyunlarda iştirakı ilə bağlı böyük qalmaqal yaşanmışdı. Bu işə yığmanın da bir neçə üzvü, həmçinin onlardan ən istedadlısı - forvard Paolo Rossi də qarışmışdı. Rossi bu işə görə bir neçə ay həbsdə də yatmalı olmuşdu.

Ancaq dünya çempionatının müqəddəratını da məhz həbsxanadan çıxmış Rossi həll etdi. Mundialın startına qədər italyanlar əsəbi durumda idilər. Bu amil onlara öz evlərində keçirilən 1980-ci il Avropa çempionatında yaxşı çıxış etməyə mane oldu. Problem mundialın seçmə mərhələsində də davam etdi.
Müştüyünü heç vaxt əldən yerə qoymayan Enzo Bearzot çətinliklə də olsa, kollektivi toparlaya bildi. Bearzot yaman danışırdı: “Bizim bu qələbəmiz italyan futbolu tarixində ən böyüyüdü. Bizi yalnız müdafiə olunmaqda və az qol vurmaqda ittiham edirdilər. Bəli, biz elə müdafiə olunduq ki, əsas rəqiblərimizin qapısına 10 qol vurduq və Argentina, Braziliya, Polşa və AFR-lə oyunları hücumda keçirdik. Bizi heç nədə ittiham etmək olmaz. Biz çempionata öz möhkəm ruhu və birliyi olan komanda kimi daxil olub, eyni cür də onu bitirdik”.

Məşqçi düz deyirdi. Finalda Kabrini penaltini boşa verəndən sonra da komanda ruhdan düşməmiş, qələbə üçün sona qədər gücünü ortaya qoya bilmişdi. Bundestimin çalışdırıcısı Yupp Dervall da yetərincə güclü, hərəkətli, rəngarəng olmasa da, etibarlı və inamlı oynayan, hazır mexanizm kimi hərəkət edən kollektiv yarada bilmişdi. Almanların fransızlarla yarımfinal qarşılaşması isə turnirin bəzəyi oldu.

DÇ-1982. İSPANİYA

Final mərhələsi. 13 iyun-11 iyul

24 komanda 6 qrupda mübarizə apardıqdan sonra hər qrupdan 2 qalib komanda növbəti qrup mərhələsinə yüksəldi. Növbəti mərhələdə hər qrupda üç komanda olmaqla, 12 komanda mübarizəni dairəvi sistem üzrə, ardınca qrup qalibləri yarımfinala yüksələrək mübarizəni olimpiya sistemi ilə davam etdirdilər.

52 oyun, 1856277 tamaşaçı (orta hesabla hər oyunda 35698)

146 qol (orta hesabla hər oyunda 2,81)

Ən yaxşı futbolçu - Paolo Rossi (İtaliya)

Bombardir: Paolo Rossi (İtaliya) - 6.

Nəticələr (Cədvəl)

Bütün oyunlar

1. Argentina - Belçika 0:1
2. İtaliya - Polşa 0:0
3. Braziliya - SSRİ 2:1
4. Peru - Kamerun 0:0
5. Macarıstan - Salvador 10:1
6. Şotlandiya - Yeni Zelandiya 5:2
7. Qərbi Almaniya - Əlcəzair 1:2
8. İngiltərə - Fransa 3:1
9. İspaniya - Honduras 1:1
10. Çili - Avstriya 0:1
11. Çexoslovakiya - Küveyt 1:1
12. Yuqoslaviya - Şimali İrlandiya 0:0
13. İtaliya - Peru 1:1
14. Argentina - Macarıstan 4:1
15. Braziliya - Şotlandiya 4:1
16. Polşa - Kamerun 0:0
17. Belçika - Salvador 1:0
18. SSRİ - Yeni Zelandiya 3:0
19. Qərbi Almaniya - Çili 4:1
20. İngiltərə - Çexoslovakiya 2:0
21. İspaniya - Yuqoslaviya 2:1
22. Əlcəzair - Avstriya 0:2
23. Fransa - Küveyt 4:1
24. Honduras - Şimali İrlandiya 1:1
25. Polşa - Peru 5:1
26. Belçika - Macarıstan 1:1
27. SSRİ - Şotlandiya 2:2
28. İtaliya - Kamerun 1:1
29. Argentina - Salvador 2:0
30. Braziliya - Yeni Zelandiya 4:0
31. Əlcəzair - Çili 3:2
32. Fransa - Çexoslovakiya 1:1
33. Honduras - Yuqoslaviya 0:1
34. Qərbi Almaniya - Avstriya 1:0
35. İngiltərə - Küveyt 1:0
36. Şimali İrlandiya - İspaniya 1:0
37. Polşa - Belçika 3:0
38. Avstriya - Fransa 0:1
39. Qərbi Almaniya - İngiltərə 0:0
40. İtaliya - Argentina 2:1
41. SSRİ - Belçika 1:0
42. Avstriya - Şimali İrlandiya 2:2
43. Qərbi Almaniya - İspaniya 2:1
44. Argentina - Braziliya 1:3
45. Polşa - SSRİ 0:0
46. Fransa - Şimali İrlandiya 4:1
47. İspaniya - İngiltərə 0:0
48. İtaliya - Braziliya 3:2
49. Polşa - İtaliya 0:2
50. Qərbi Almaniya - Fransa 3:3, p-5:4
51. Polşa - Fransa 3:2
52. İtaliya - Qərbi Almaniya 3:1

Qrup 1

1.Polşa 3 1 2 0 5-1 4
2.İtaliya 3 0 3 0 2-2 3
3.Kamerun 3 0 3 0 1-1 3
4.Peru 3 0 2 1 2-6 2

Qrup 2

1.Q.Almaniya 3 2 0 1 6-3 4
2.Avstriya 3 2 0 1 3-1 4
3.Əlcəzair 3 2 0 1 5-5 4
4.Çili 3 0 0 3 3-8 0

Qrup 3

1.Belçika 3 2 1 0 3-1 5
2.Argentina 3 2 0 1 6-2 4
3.Macarıstan 3 1 1 1 12-6 3
4.Salvador 3 0 0 3 1-13 0

Qrup 4

1.İngiltərə 3 3 0 0 6-1 6
2.Fransa 3 1 1 1 6-5 3
3.Çexoslovakiya 3 0 2 1 2-4 2
4.Küveyt 3 0 1 2 2-6 1

Qrup 5

1.Şimali.İrlandiya 3 1 2 0 2-1 4
2.İspaniya 3 1 1 1 3-3 3
3.Yuqoslaviya 3 1 1 1 2-2 3
4.Honduras 3 0 2 1 2-3 2

Qrup 6

1.Braziliya 3 3 0 0 1 0-2 6
2.SSRİ 3 1 1 1 6-4 3
3.Şotlandiya 3 1 1 1 8-8 3

4.YeniZelandiya 3 0 0 3 2-12 0

İkinci mərhələ

Qrup A

1.Polşa 2 1 1 0 3-0 3
2.SSRİ 2 1 1 0 1-0 3
3.Belçika 2 0 0 2 0-4 0

Qrup B

1.QərbiAlmaniya 2 1 1 0 2-1 3
2.İngiltərə 2 0 2 0 0-0 2
3.İspaniya 2 0 1 1 1-2 1

Qrup C

1.İtaliya 2 2 0 0 5-3 4
2.Braziliya 2 1 0 1 5-4 2
3.Argentina 2 0 0 2 2-5 0

Qrup D

1.Fransa 2 2 0 0 5-1 4
2.Avstriya 2 0 1 1 2-3 1
3.Şimali.İrlandiya 2 0 1 1 3-6 1


Müəllif: