1 Dekabr 2014 18:02
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-ci ilin ən yaxşı oyunçusuna veriləcək "Qızıl top" mükafatına namizəd 3 futbolçunun adı məlum olub.

Qol.Az-ın "La Voz De Galicia"ya istinadən verdiyi məlumata görə, "Barselona"nın forvardı Lionel Messi, Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo və "Bavariya"nın qapıçısı Manuel Noyer finala yüksəliblər.

Ən çox səs toplayan bu "üç"lük fəxri mükafat uğrunda mübarizə aparacaqlar. "Qızıl top" mükafatının yeni sahibinə 2015-ci il yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə aydınlıq gələcək.

Qeyd edək ki, "Qızıl top" mükafatının qalibi yığma komandaların baş məşqçiləri və kapitanlarının səsverməsi nəticəsində müəyyənləşəcək.


Müəllif: