1 İyul 2022 23:03
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə üz-üzə gəlib.

26-cı gedişdə rəqibini məğlub edən Rəcəbov xallarının sayını 6-ya çatdırıb.

Təcrübəli şahmatçı hazırda 4-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi növbəti turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com