2 İyul 2022 21:30
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.

Teleqraf.com-un məlumatına görə, yarışın birinci günündə cüdoçularımızdan Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) üçüncü yeri tutublar.

İki gün davam edəcək yarışda Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edir. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.


Müəllif: Teleqraf.com