2 Avqust 2022 14:08
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Vyana, Avstriya) – “Neftçi” oyununun hakimləri açıqlanıb.

Teleqraf.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 11-də baş tutacaq cavab matçını norveçli ədalət təmsilçiləri idarə edəcək.

Qarşılaşmanın baş hakimi Rohit Saggi olacaq. Ona Geir İsaksen və Morten Yensen kömək edəcək. Dördüncü hakim funksiyasını Sivert Oksnes Amland yerinə yetirəcək.

“Veststadion”da keçiriləcək “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər