6 Avqust 2022 09:49
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA “Ferentsvaroş”u cəzalandırıb.

Teleqraf.com xəbər verir ki, bunu Budapeşt klubunun azarkeşlərinin Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Slovan”a qarşı oyunununda irqçi davranışları səbəb olub. Bu səbəbdən “Ferentsvaroş” 15 min avro cərimə ödəyəcək.

Bundan başqa ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ev oyununda stadion azarkeşlər üçün qismən bağlı olacaq. “Qismən bağlanma” Budapeştdəki stadionun “B” tribunasında ən azı 1000 boş oturacaq deməkdir.

Bundan başqa, qərara əsasən, avqustun 9-da “Qarabağ”la keçiriləcək oyunda “Ferentavaroş” üzərində UEFA loqosu olan #NoToRacism yazısı olan pankart yerləşdirməlidir.

Həmçinin UEFA yenə də irqçi davranışa görə macarlara komandanın avrokuboklarda növbəti səfər matçı üçün azarkeşlərinə bilet satmağı qadağan edib.

“Ferentsvaroş” azarkeşlərin atəşfəşanlıqdan istifadəsinə, sahəyə yad əşyalar atmasına, təhqiredici xarakterli təxribatçı qışqırıqlarına görə daha 50 min avro cəzalandırılıb. 30 gün ərzində macarlar Slovakiyadakı stadionda sınmış 20 oturacaq üçün "Slovan"a dəymiş ziyanı ödəməli olacaqlar.

Xatırladaq ki, avqustun 3-də Bakıda “Qarabağ” və “Ferensvaros” arasında oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. /Qol.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər