7 Avqust 2022 12:11
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA yeni təyinat alıb.

Teleqraf.com xəbər verir ki, 35 yaşlı baş hakim Rumıniyada "Styau" və Slovakiyanın "Dunayska Streda" komandası arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 11-də keçiriləcək. İlk matçda "Styau" 1:1 hesablı qələbə qazanıb.


Müəllif: Teleqraf.com