7 Avqust 2022 16:13
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ağır Atletika Federasiyanın (AAAF) rəhbər şəxsləri beynəlxalq yarışlara yollanacaq yığma komandaların üzvləri – idmançılar və məşqçilər, texniki rəsmilər ilə görüş keçiriblər.

AAAF-dan Teleqraf.com-a verilən məlumata görə, Ağır Atletika Akademiyasında baş tutan tədbirdə qurumun İdarə Heyətinin üzvləri iştirak ediblər.

9 - 18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında, həmçinin 10 - 18 avqustda Polşanın Raşin şəhərində keçiriləcək yeniyetmələr arasinda Avropa çempionatında çıxış edəcək atletlərə federasiya prezidentinin tapşırıqları çatdırılıb, yarışlarda uğurlar arzulanıb.ə

Qeyd olunub ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı nümayiş etdirilir, federasiya da bu siyasətin davamı olaraq atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, onları diqqət mərkəzində saxlayır və bu prosesi bundan sonra da davam etdirmək niyyətindədir.

İdmançılar və məşqçilər də görüşə görə təşəkkür edib, bunun komandaların mənəvi ruhunun yüksəldilməsi baxımından böyük rol oynadığını, eyni zamanda, yığmaların inkişafı, beynəlxalq arenada uğurlu çıxışlar göstərilməsi üçün bütün lazımi imkanların yaradıldığını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər