8 Avqust 2022 00:43
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Teleqraf.com xəbər verir ki, 9-cu turda qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva) Monqolustan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət komandamızın (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Hindistan şahmatçıları ilə mübarizəsi davam edir.

Olimpiadada kişilərin yarışında 188, qadınların yarışında 162 ölkədən komandalar mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.


Müəllif: Teleqraf.com