9 Avqust 2022 20:37
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, yığma B qrupundakı ikinci matçında Əfqanıstan seçməsi ilə qarşılaşıb. Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 43:9 hesablı qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib.


Müəllif: Teleqraf.com