10 Avqust 2022 02:11
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Ermənistanın “Pünik” komandası ilə Serbiyanın “Srvena Zvezda” komandası arasında keçirilən görüşdə ermənilər növbəti dəfə təxribata əl atıb.

Teleqraf.com-un məlumatına görə, “Pünik” azarkeşləri İrəvanda keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılı pankart açıblar.

Xatırladaq ki, iyulun 20-də Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Pünik” -“Düdelanj” matçı zamanı da ermənilər təxribata cəhd etmiş, tribunada açılan pankartda işğaldan azad olunmuş Qarabağı Ermənistan ərazisi kimi göstərilmişdi.


Müəllif: Teleqraf.com