14 Avqust 18:41
219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastı Zöhrə Ağamirova V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə yarışda növbəti qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Z.Ağamirova lentlə hərəkətlərdə birinci yerə layiq görülüb.

Proqramın finalında lentlə çıxış edən digər azərbaycanlı gimnast İlona Zeynalova dördüncü yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.


Müəllif: Teleqraf.com