Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.
Teleqraf.com xəbər verir ki, üzgüçü Məryəm Şeyxəlizadəxangah gümüş medala sahib çıxıb.
Belə ki, idmançı 50 metr məsafəyə batterflay üsulla üzmədə ikinci yeri tutub.