17 Avqust 2022 23:57
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ağır oyun oldu. Rəqib necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız var idi. Amma yararlana bilmədik".

Teleqraf.com xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis müdafiədən oynayan kollektivə qarşı mübarizə apardıqlarını bildirib: "Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Oyunçular çox əziyyət çəkdilər. Cavab görüşündə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik".

Qurbanov futbolda aqressiyanın çoxaldığını söyləyib: "Səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Səbrlə oyunumuzu başa vurduq. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Bir həftə sonra onları sevindirməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər