Sentyabrın 9-da Dənizkənarı bulvarda (Azərbaycan Dövlət Kukla Teatrının arxası) Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçiriləcək.
Azərbaycan Gimnastika Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, tədbirdə bu növ üzrə yığma komandanın üzvləri, “Ocaq Sport” klubunun təmsilçiləri ilə yanaşı, respublikamızın bölgələrindən idmançılar iştirak edəcəklər. Festivalda musiqi sədaları altında müxtəlif çıxışlar təqdim ediləcək.
Tədbirin təşkilində məqsəd əhali arasında gimnastika idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.