Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Teleqraf.com-un məlumatına görə, günün ilk matçında "Kəpəz" "Qəbələ" ilə üz-üzə gəlib.
Qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın qollarını 18-ci dəqiqədə Məqsəd İsayev, 27-ci dəqiqədə Ramon Maçado, 57-ci dəqiqədə isə Rövlan Muradov vurub.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qəbələ" liderliyə yüksəlib. İkinci sıradakı "Sabah" da eyni xala malikdir. 3 görüşün hamısında uduzan "Kəpəz" 9-cu yerdədir.
Qeyd edək ki, günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Turun əvvəlki 2 oyununda "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə səfərdə "Sabah"a uduzub - 1:2. III turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşması "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.