23 Avqust 2022 09:50
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə son 6 vəsiqədən yarısı sahibini tapacaq.

"Qarabağ" Çexiyada "Viktoriya" (Plzen) kollektivinin müqavimətini qırmağa çalışacaq. Bakıdakı ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Ukraynanın "Dinamo" (Kiyev) klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. Lissabon təmsilçisi ilk matçda 2:0 hesabı ilə qalib gəlib.

İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan "Srvena Zvezda" isə Serbiyada məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

23 avqust

UEFA Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail)
İlk oyun - 2:3

23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 2:0

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər