25 Avqust 2022 09:32
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı səbəti müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi 2-ci səbətdə yer alacaq.

Buna reytinqdə “Qarabağ”dan üstün olan “Kopenhagen” (Danimarka) və “Dinamo” Zaqrebin (Xorvatiya) ÇL-in qrupuna düşməsi səbəb olub. Onların mübarizədən kənarlaşdırdığı “Trabzonspor” (Türkiyə) və “Büdo Qlimt”in (Norveç) Ağdam təmsilçindın reytqində geridə olması “Qarabağ”ın 2-ci səbətdəki yerini dəqiqləşdirib.

Hələlik 2-ci səbətdə “Qarabağ”la yanaşı “Renn” (Fransa), PSV (Niderland), “Monako” (Fransa), “Real Sosyedad”ın (İspaniya) da yer alacağı dəqiqləşib. Bu səbətin digər klubları AL-in bugünkü pley-off matçlarından sonra müəyyənləşəcək. 2-ci səbətdən heç bir klub “Qarabağ”a rəqib olmayacaq.

1-ci səbətin tərkibi isə belədir: “Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İtaliya), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Ukrayna). Sonuncu 8-ci iştirakçı “Feyenoord” (Niderland) və ya qrupa düşəcəyi halda “Olimpiakos” (Yunanıstan) ola bilər. Bu komandalardan biri “Qarabağ”a rəqib olacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Püşkütmada 32 komanda iştirak edəcək ki, onlarda 22-si artıq müəyyənləşib:

“Roma” (İtaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Arsenal” (İngiltərə)

“Latsio” (İtaliya)

“Braqa” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Renn” (Fransa)

“Real Sosyedad” (İspaniya)

“Betis” (İspaniya)

“Union” (Almaniya)

“Frayburq” (Almaniya)

“Nant” (Fransa)

“Monako” (Fransa)

“Şturm” (Avstriya)

“Yunion” (Belçika)

“Mityülland” (Danimarka)

“Srvena Zvezda” (Serbiya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Qarabağ” (Azərbaycan)

“Trabzonspor” (Türkiyə)

“Büdo Qlimt” (Norveç)

“PSV Eyndhoven” (Niderland)

Qrupun son 10 iştirakçısının adına AL-in pley-off mərhələsinin bugünkü cavab oyunlarından sonra aydınlıq gələcək. /Qol.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər