27 Avqust 2022 22:13
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctima Birliyi İdarə Heyətinin üzvləri ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı ölkədə idman mediasının hazırkı vəziyyəti və idmanın təbliği məsələləri müzakirə edilib. Fərid Qayıbov ölkədə medianın ən böyük qollarından biri olan idman jurnalistikasının inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Nazir Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin mövcud problemləri ilə də maraqlanıb. Qurumun rəhbəri Azər Quliyev səmimi qəbula görə təşəkkür edib.

İdarə Heyətinin üzvləri idman mediasını narahat edən məsələlər barədə məlumat veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər