"Mançester Yunayted" hücumçusu Kriştianu Ronaldunun əmək haqqının 25 faiz azaldıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Daily Mail" nəşri xəbər verib.
Klubun 2022/23 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün o bu addımı atıb. Portuqaliyalı futbolçunun müqaviləsində müvafiq bölmə olub.
Bildirilib ki, futbolçu “Mançester Yunayted”in bu qərarından son dərəcə narazı qalıb, çünki o hesab edir ki, ötən mövsüm komandanın çıxışına ciddi töhfə verib və 18 qol vurub.