29 Avqust 2022 09:42
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"dan Fransa "Sent Etyen"inə keçən İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib.

Teleqaf.com xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrın 5-də Liqa 2-də VII turun "Pau" ilə səfər oyununda meydana çıxacaq.

Vadji bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcəyi üçün sabah "Bastiya" ilə VI turun ev oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər