29 Avqust 2022 22:11
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba öz yaxınları tərəfindən xoşagəlməz halla üzrləşib.

Teleqraf.com xəbər verir ki, ulduz futbolçunun böyük qardaşı Matia Poqba ondan 13 milyon avro tələb edib.

Poqba Mütəşəkkil Cinayətkarlığa qarşı Mərkəzi İdarənin müstəntiqlərinə uşaqlıq dostları və avtomatla silahlanmış iki kapüşonlu şəxs tərəfindən tutulduğunu deyib.

Onun sözlərinə görə, peşəkar səviyyədə oynamağa başlayandan sonra dostlarına maddi yardımı dayandırdığı üçün dəstə futbolçudan 13 milyon avro istəyib.

Şantajçılar bildiriblər ki, 13 il ərzində Polu gizli şəkildə qoruyublar, buna görə də xidmətlərinin qarşılığını istəyirlər.

Dəstə üzvləri arasında Poqba sonradan qardaşı Matianı görüb.

Prokurorluq mütəşəkkil dəstənin şantaj cəhdi ilə bağlı iş açıb.

Matia Poqba isə bildirib ki, qardaşı pulu ödəməyəcəyi təqdirdə onun və PSJ-nin hücumçusu Kilian Mbappenin barəsində bütün həqiqəti danışacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər