"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti dünən köhnə dostu Arriqo Sakkini klubun Valdebebasda yerləşən təlim-məşq bazasına dəvət edib. Ançelotti "Milan"da futbolçu kimi çıxış etdiyi vaxtlarda Sakki "rossoneri"ni çalışdırırdı.
Teleqraf.com goal.az-a istinadən xəbər verir ki, Ançelotti sabiq "müəllimini" Madridin "Txistu" restoranına şam yeməyinə də aparıb.
Qeyd edək ki, Florentino Peresin "Real"da birinci prezidentlik dönəmində Sakki klubda idman direktoru vəzifəsində işləmişdi.