6 Dekabr 2014 11:00
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftəsonu İspaniya çempionatında yaşanan ölüm hadisəsi bütün Avropanın diqqətini çəkdi. «Atletiko» - «Deportivo» oyunu ərəfəsində fanatlar arasında yaranan qarşıdurmada 43 yaşlı la-korunyalı azarkeşin həyatını itirməsi bütün yerli hüquq mühafizə orqanlarını ayağa qaldırdı.

Publika.az xəbər verir ki, insidentdə iştirak etdiyi təsdiqlənən 88 azarkeş ümumilikdə 60 min avro cərimələnib və 5 il müddətində bütün idman yarışlarında iştiraklarına qadağa qoyulub.

Bundan başqa, həmin gün «Visente Kalderon» stadionu ətrafında təhlükəsizlik xidmətinin işçilərinə maneə yaradan dörd «Atletiko» tərəfdarı 3 min avro cərimələnib və 12 ay müddətinə bütün idman yarışlarında iştiraklarına qadağa qoyulub.

İndi İspaniyada növbəti turun oyunlarında hüquq-mühafizə orqanları nəzarəti gücləndirəcək. Xüsusilə də «Rayo Valyekano» - «Sevilya», «Real» - «Selta» və «Barselona» - «Espanyol» matçları təhlükəsizlik baxımından «qorxulu» oyunlar siyahısındadı.


Müəllif:

Oxşar xəbərlər