9 Sentyabr 2022 00:56
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda "Frayburq"un qonağı olub.

"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib.

22-ci dəqiqədə Qara Qarayevin, 33-cü dəqiqədə Abdullah Zubirin zərbəsi dəqiq alınmayıb. "Qarabağ"ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb.

İkinci yarı qarşılıqlı hücumlar şəraitində başlayıb. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qalsa da, baş hakim penalti təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib.

G qrupunun digər matçında Yunanıstan "Olimpiakos"u Fransada "Nant"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq.

23:55

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.

Teleqraf.com xəbər verir ki, "köhlən atların" heyətində Marko Veşoviç 39-cu dəqiqədə fərqi 1 topa endirib.

Meydan sahibləri hazırda 2:1 hesabı ilə öndədir.

23:30

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.

Teleqraf.com xəbər verir ki, meydan sahiblərinin heyətində Ritsu Doan 15-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.

23:15

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb.

Baş hakim VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirib.

23:00

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edir.

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər