11 Sentyabr 2022 00:14
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zabit Səmədov vida döyüşündə braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, Zabit Səmədov rəqibini nokauta salaraq görüşdən qalib ayrılıb.

***

23:43

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, bu dəfə qələbə "Professor" ləqəbli Alim Nəbiyevin olub. O, 77 kq çəki dərəcəsində rumıniyalı Andrey Ostrovanunu məğlub edib.

***

23:08

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, Ruslan Nağıyev (72,5 kq) Dmitri Filonçiki məğlub edib.

******

22: 14

Zabit Səmədovun vida döyüş gecəsində Gürcüstanı təmsil edən azərbaycanlı kikboksçu Emil Xəlilov qalib gəlib.

Teleqraf.com xəbər verir ki, Xəlilov 64,5 kq çəki dərəcəsində çıxış edib. O türkiyəli Nuri Kacarı nokauta salıb. Hər iki idmançıya medal verilib.

Daha öncə 70 kq-da çıxış edən Azərbaycanı təmsil edən Məhəbbət Hümbətov "Qladiator" ləqəbli mərakeşli İhab Lahlunu (Mərakeş) məğlub edib.

Zabit Səmədov isə braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Döyüş 23:00-da başlayacaq.

******

20:23

Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.

Teleqraf.com xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın "Mix Fight Championship" təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 60 kq çəki dərəcəsində kikboksçular çıxıb.

Niderlandlı Mixel Olenski Azərbaycan təmsilçisi Osmanova 3 raundun yekununda qalib gəlib.

70 kq-da çıxış edən Məhəbbət Hümbətov "Qladiator" ləqəbli mərakeşli İhab Lahlunu (Mərakeş) məğlub edib.

Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub.

Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Döyüş 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com