Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunun bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib.
Teleqraf.com xəbər verir ki, 30 yaşlı hücumçu buna "Brest"i 1:0 hesabı ilə məğlub etdikləri Fransa Liqa 1-in VII tur oyununda nail olub.
Matçdakı yeganə qolun müəllifi olan forvard Paris təmsilçisinin heyətində 110 dəfə fərqlənməyi bacarıb. Braziliyalı oyunçu 2003 - 2008-ci illərdə PSJ-də çıxış etmiş portuqaliyalı Pedru Pauletanı (109 qol) geridə qoyub.
Bu göstəricidə Neymarı Zlatan İbrahimoviç (156 qol), Kilian Mbappe (180 qol) və Edinson Kavani (200 qol) qabaqlayır.