17 Sentyabr 2022 22:08
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sərbəst güləşisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Teleqraf.com-un məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı polşalı Radoslav Marçinkieviçə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər