19 Sentyabr 2022 18:00
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, millidən kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir".

Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ" klubunda çıxış edən Qara Qarayev Slovakiya və Qazaxıstana qarşı UEFA Millətlər Liqasının oyunlarına dəvət almaması ilə bağlı şəxsi instaqram hesabında yazıb.

"Amma seçmilə bağlı qərara hörmətlə yanaşıram. Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, milliyə dəvət alan hər kəs orada olmağa layiqdir. İnanıram ki, komanda yoldaşlarım qarşıdakı iki oyunda yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Millimizə uğurlar arzulayıram. Hər iki oyunda milli komandadan olan formamı geyib, komanda yoldaşlarıma mənəvi dəstək olacam. “Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi komandamın növbəti oyunlarına yönəldəcəm. Həm milli çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Sonda mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər