8 May 2014 14:58
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“K1”in ən məşhur döyüşçülərindən biri, azərbaycanlı idmançı Zabit Səmədovun maraqlı videosu yayılıb.

Teleqraf.com xəbər verir ki, idmançı Taylandda olarkən çəkilmiş videosunu “facebook”a yerləşdirib.

Bu görüntü Mauqli ləqəbli idmançımızın məşq prosesi zamanı çəkilib. Bu görüntülər hər kəsin marağına səbəb olub, bəyənilib.

Qeyd edək ki, 92-93kq çəkidə vuruşan Zabit Səmədov “k1”in məşur simaları içərisində yer alır. Bir çox beynəlxalq turnirlərin qalibidir. O, 2013-cü ilin mayında "Leqenda" turnirində əfsanəvi kikboksçu Badr Hari üzərində inamlı qələbə qazanmışdı. Rəqibini nokautla məğlub etmişdi.

Aygün İlqarqızı


Müəllif: