24 Sentyabr 23:34
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komandanın içində olanlar orada qalır. Qara Qarayev özü soruşsa, deyərəm, soruşmayıb. O, səbəbi sizdən də, məndən də yaxşı bilir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Qazaxıstan yığmasına qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu 6-cı tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Byazi “Qarabağın” oyunçusu Qara Qarayevin yığmaya çağırılmaması səbəbi barədə sualı cavablandırarkən deyib: "Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Belə etsək, böyük bir komanda qura bilmərik. Bunu intriqa yaradan insanlar danışır. Bəzən güzgüyə baxıb, nəyi düzgün etdiyimi fikirləşirəm. Digər insanlar da belə davranmalıdır".


Müəllif: Teleqraf.com