Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Mİllətlər Liqasının VI tur matçı üçün heyətdən kənarlaşdırılıb.
Teleqraf.com-un məlumatına görə, baş məşqçi Canni De Byazi sərəncamındakı oyunçulardan ikisini iştirak ərizəsinə daxil etməyib.
Bunlar "Sabah" klubundan Amin Seydiyev və "Zirə"dən Qismət Alıyevdir. Alıyev V turda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə də "23-lük"dən kənarda qalmışdı.
Bundan əlavə, cəzalı durumda olan Riçard Almeyda da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.