26 Sentyabr 2022 23:30
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Ximki” klubunun yeni idman direktorunun adı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəsmi “Facebook” səhifəsində bu vəzifəyə Anar Məmmədovun təyin edildiyi qeyd olunub.

Azərbaycanlı futbol funksioneri daha əvvəl klubun seleksiya şöbəsində çalışıb.

Qeyd edək ki, “Ximki” 10 turdan sonra 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Müəllif: Teleqraf.com