30 Sentyabr 16:37
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Neftçi" komandasına ödəniş edib.

Teleqraf.com xəbər verir ki, Avropa futbol qurumu UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "ağ-qaralar"a 650 000 avro vəsait ayırıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, "Neftçi" Konfrans Liqasına I təsnifat mərhələsindən başlayıb. İlk raundda Kipr "Aris"ini keçən paytaxt təmsilçisi II mərhələdə Avstriyanın "Rapid" klubuna uduzub.


Müəllif: Teleqraf.com